Bakıda Maykl Cekson gecəsi keçiriləcək
23.8.2011

Bakıda dünya şöhrətli müğənni Maykl Ceksonun anım gecəsi keçiriləcək. Anım tədbiri Bakı Caz Mərkəzində avqustun 28-də keçiriləcək. Tədbirdə əməkdar artist Tünzalə Ağayeva, müğənniləri Samira, “Dəyirman” qrupu, Məryəm Şabanova, Azad Şabanov, Mikayıl Rəfiyev, Cəmilə Haşımova, Renat Alimov, aktrisa Naina İbrahimova, pianoda Vurğun Vəkilov, dj Ronfoller çıxış edəcəklər. Adları sadalanan incəsənət xadimləri dünya şöhrətli müğənninin repertuarından parçalar ifa edəcəklər.
Anım tədbirinə giriş saat 19:00-da başlayacaq. Biletlər 20-30 manat arasında satışa çıxarılıb.