Facebook Pixel Code
GoMap XƏRITƏ
Ağac pir
Baxış sayı:
  • Ünvan:
    Sirab kənd yolu, Babək, AZ6721
Avtobus

“Ağac piri” Sirab kəndinin mərkəzindəki XIX əsrdə tikilmiş məscid binasının yanındadır. Pir yeri dağ daşlarından tikilərək kiçik daxmadan və içərisindəki məzardan ibarətdir. Daxmanın qarşısında yolun kənarında qurumuş tut ağacının kötüyü qalmışdır ki, həmin ağacı pirdəki məzarda dəfn olunmuş Mir Ağa adlı şəxs əkmişdir. Tutun kötüyündəki yumru halqaların sayı 99-u keçdiyindən belə çıxır ki, təxminən 100 ildən öncə həmin tut ağacı orada əkilmişdir. 1930-cu illərdə kolxoz sədri tərəfindən “Pir ağacı” kəsdirilmişdir. Daxmadakı məzar sahibi Mir Ağa (mərhumun əsl adı naməlumdur) keçmiş günlərdəki Əshabi - Kəhf ziyarətçilərindən olan əcnəbi müsəlmanlarından olmuşdur. Kəndin yaşlı adamları bildirirlər ki, Mir Ağa kənddəki məscid binasını xeyriyyəçiliklə tikdirərək adamları İslam dininə cəlb etmişdir. Kənddə bivaris yaşayan Mir Ağanın vəsiyyətinə görə məhz yaşadığı məscidin həyətində dəfn etmişlər. Sonradan məzar üstündə kiçik “sərdabə” tikilərək məzarının qarşısındakı əkdiyi tut ağacını pir kimi ziyarətgaha çevirmişlər. Maraqlıdır ki, ”Ağac piri”ndə əvvəllər olduğu kimi indi də, nəinki Sirab əhalisi hətta ətraf kəndlərdən pirə gələrək orada qurban kəsib ehsanlar verirlər.

http://elxan.azersayt.com/blog.html?page=commentstemp4&member=Sirab&newsid=143950

Son xəbərlər