Facebook Pixel Code
GoMap XƏRITƏ
Ağbil türbəsi
Baxış sayı:
  • Ünvan:
    Bakı-Quba-Rusiya yolu, Quba, AZ4032
Avtobus

Yerli əhali arasında “Ağbil piri” adlanan abidələr Qubanın Ağbil kəndindəki köhnə qəbiristandadır. Həmin qəbiristanda vaxtilə üç türbə binası olmuşdur. Bunlardan hazırda yalnız ikisi mövcuddur. Biri düzbucaqlı planı olan kitabəsiz türbə, digəri isə xaricdən səkkizguşəli, daxildən dördbucaqlı plana malik – “Şeyx Məzyəd” türbəsidir. Üç sətrlik ərəbcə nəsx xəttilə əhəng daşına həkk olunmuş kitabə çatma tağlı qapı yerinin üstündə yerləşdirilmişdir. Burada yazılmışdır: “Bu bina sultan oğlu sultan, Sultan Xəlilullah vaxtında – Allah onun sayəsini əskik eləməsin – Sufi Rəfiəddinin oğlu ağıllı şeyx, Şeyx Məzyədin (məzarı) üzərində doqquz yüz qırxıncı il tarixində (1533 – 1534 il) tikildi.”

XIX əsrdə ağbil türbələrini tədqiq etmiş Rusiya Peterburq Akademiyasının akademiki B.Dorn türbələrdən digərinin üzərindəki kitabənin surətini köçürmüşdür. Ərəbcə üç sətrdə süls xətti ilə yazılmış kitabənin tərcüməsi belədir: “De: Ey özləri öz əleyhlərinə çıxan qullarım Mənim, Allahın mərhəmətindən ümidsiz olmayın! Həqiqətən, Allah bütün günahları bağışlayır: Çünki O, bağışlayan və mərhəmətlidir (Quran, 29-54). Bu bina sultan oğlu sultan, Sultan Xəlilullah – Allah onun dövlət və səadətini əbədiləşdirsin – zamanında Allahın rəhmətinə getmiş, günahları bağışlanmış, xoşbəxt şəhid Şah Murad b. Şeyx Məzyəd b. Xacə b. Şeyx Bayazid – Allah onu və bütün möminləri bağışlasın – üçün doqquz yüz qırxıncı (1533-1534) ildə tikilmişdir.”

Abidənin əhəmiyyəti burasındadır ki, ümumiyyətlə Şirvanda XVI əsrə aid çox az abidə qalmışdır. O biri tərəfdən abidənin quruluşunda da bəzi cəhətlər maraqlıdır. Əvvala türbə xaricdən səkkizbucaqlı olduğu halda, içəri tərəfdən dördbucaqlıdır. O zamana qədər Şirvan abidələrində kərpic işlənmədiyi halda, burada binanın əsas hissəsi kərpicdən tikilmiş, yalnız kürsülük hissəsi daşdan hörülmüşdür.

Məşədixanım Nemət Azərbaycan pirləri

Salamzadə Əbdülvahab Azərbaycanın memarlıq abidələri

Son xəbərlər