Pir Culfa rayonunun Yaycı kəndində yerləşir. Pir birmərtəbəlidir,dördbucaqlı formaya malikdir, qarşısında eyvanı var. Eyvan 8 ədəd tağlı pəncərələrə birləşmişdir. Pirin giriş qapısı da tağlı quruluşa malikdir. Pirə gələn insanlar şəfa tapacaqlarına inanırlar.