Facebook Pixel Code
GoMap XƏRITƏ
Axsadan baba türbəsi
Baxış sayı:
  • Ünvan:
    Xurşidbanu Natəvan, Bərdə, AZ0900
Avtobus

XV əsrdə tikilmiş Axsadan baba türbəsi xüsusi tarixi əhəmiyyət kəsb edir. Türbə Bərdə rayonundadır. Türbənin yalnız yeraltı hissəsi qalıb. Sərdabənin altıpərli yastı günbəzi var. Pərlər kəsmə daşdan quraşdırılıb, zəngin ornamentlərlə bəzədilib. Taxçalardakı kaşı üzlüyündə çoxgüşəli və ulduzşəkilli naxışlar var. Kitabələri dağıdılıb. XX əsrin əvvəlində bolşevik-daşnak istilası dövründə Bərdənin rayon İcraiyyə Komitəsinin sədri Xaçımov (ermənidir) və milliyətcə erməni memarın göstərişi ilə Axsadan baba türbəsi tamamilə sökülüb, söküntüdən çıxan kərpiclərdən və qəbiristanlıqdakı baş daşlarını əridib əhəngə çevirərək Bərdədə indi köhnə mehmanxana deyilən binanı tikiblər. Məlumata görə, Axsadan baba türbəsinin şəkli XX əsrin əvvəlində rus rəssamı tərəfindən çəkilmiş və indi Azərbaycan tarixi muzeyindədir. Deməli, bu qiymətli abidəni bərpa etmək mümkündür. İmamzadə də digər maraqlı qəbir məscid divarlarına bitişik sinə daşıdır. Üzərində əski əlifba ilə yazı və rusca "Zdes pokoitsə Mamed bek Djevanşir" yazısıdır. Maraqlı cəhət odur ki, ermənilər sovet dövründə Axsadan baba türbəsini digər qəbirləri dağıdarkən bu sinədaşının üzərində rusca yazılan hissədə Məhəmməd bəy Cavanşirin (1874-1900) ölüm və doğum tarixini pozub. Ehtimal olunur ki, Bərdə İmamzadə məscidində dəfn edilmiş Məhəmməd bəy Cavanşir, Şuşada Qacar şahı Ağa Məhəmməd şah Qacar öldürüləndən sonra Qarabağ xanının vəziri, şair Molla Pənah Vaqifi edam etdirmiş şəxsdir.

Son xəbərlər