Facebook Pixel Code
GoMap XƏRITƏ
Subaba türbəsi
Baxış sayı:
  • Ünvan:
    Quba, AZ4012
Avtobus
“Subaba” türbəsi Quba rayonunun Alpan kəndi ərazisində yerləşir və XVI əsrdə tikildiyi bildirilir. Türbə Səfəvilərin hökmranlığı dövründə Şah İsmayıl Xətainin qoşununun, Dərbənd yürüşü zamanı bu kənddən keçərkən vəfat etmiş sərkərdələrindən biri olan, sufi Mikayılın məzarı üzərində tikilib. Onun divarları yumurta ağı ilə hörülüb. Türbənin adı zaman keçdikcə Sufibaba, Sufbaba, Subbaba kimi dəyişərək Subaba adını alıb. Hal hazırda pir kimi ziyarət edilir. Türbə 1918-ci il soyqırımında ermənilər tərəfindən dağıdıldıqdan sonra bərpa edilib, lakin tarixi abidənin hazırkı vəziyyəti heç də ürəkaçan deyil. Baxımsızlıq üzündən aşınmaya məruz qalmış türbə - tarixi irsimizin bir nümunəsi - yox olmaq üzrədir. Üstünə vurulan lövhədə Hökümət tərəfindən 299 inventar nömrə ilə qeydiyyata alındığı və qorunduğu bildirilir.Türbənin ətrafındakı qədim qəbir daşlarında rast gəlinən mərmi və güllə izləri 1918-ci il ermənilər tərəfindən törədilmiş soy qırımın izləridir. Onlar bu kənddə məktəbi yandırmış və başqa cinayətlər də törətmişdilər.
Son xəbərlər