Facebook Pixel Code
GoMap XƏRITƏ
Pir
Baxış sayı:
  • Ünvan:
    Ordubad, AZ6900
Avtobus

Həmin pir Ordubad rayonunun Nüs-nüs kəndindəki məscid binasındadır. Nüs-nüs pirinə rayonda “Qırx kimsə” adı deyərlər. Buraya Ordubad şəhərindən 7 km-lik asfalt yol gəlir. Kəndin ərazisi okean səviyyəsindən 2.500 metr yüksəklikdə yerləşir. Dübəndi çayının sahilindəki meyvə bağları içərisindədir. Nüs-nüs kəndinin yaranması ərazidəki pirlə əlaqədardır. Belə ki, orada ilk məskunlaşan adamların qara rəngli sütunvari daşa “nis-nis” (qeyb olmaq) deməklərindən kəndin adı yaranmışdır. Əraziyə ilk dəfə Zəngəzurun Diyayçay ərazilərindən gəlmiş Qədimli tayfası məskunlaşmışdır. (Muxtar Respublika ərazisində yaşayan Qədimli (Qədimov) nadir soyköklü şəxslər həmin tayfanın əqrəbalarıdır). Daha sonra isə əraziyə Arazın cənub sahillərindən (Cənubi Azərbaycandan) və digər yerlərindən tayfalar köçərək məskunlaşmışlar. Kənddə yaşayan sakinlər əvvəllər köçüb gəlmiş Qədimli, Salehli, Abbaslı, Əlirzalı, Məmmədli, Hüseynli, Şıxlı və s. tayfalardır. Onlar mehriban, qonaqpərvər və dindardırlar. Nüs-nüs kəndində iki məscid binasından biri pir yerində tikilmişdir ki, bura el arasında “Sərçi” (sulu yer) deyərlər. Həmin məscid XIV əsrdə inşa edilərək dövrümüzədək salamat gəlib çatmışdır. Məscid binası əsasən iki mərtəbəlidir ki, birinci mərtəbədə möcüzəvi pir yeri vardır. Belə ki, məscidin (pirin) içərisindən hündürlüyü 6 metrə çatan və 1 metr enində kvadrat şəkli olan daş sütun “göyərməkdədir”. Kəndin yaşlı sakinlərinin söyləməsinə görə burada əvvəllər bir neçə dəfə zəlzələ təkanından həmin qara daş sütunu uçaraq sınıb tökülmüş, lakin sonradan yenə də əvvəlki yerində “göyərərək” peyda olmuşdur. Kəndin mollası Kərbəlayi Əqil Əli oğlunun söyləməsinə görə (o da ata-ababsından eşitmişdir) pirdəki məscid binası 630 il bundan öncə Elxan hökmüdarı Əbu Səid Bahadur xan tərəfindən tikdirilmişdir. Bundan başqa pirdəki qədim dövrlərdən qalma səndəl ağacından hazırlanmış 1,5x1 metr ölçüsündəki taxta qapı üzərində qədim ərəb əlifbası ilə (süls xətti ilə) kitabə oyularaq yazılmışdır. (Həmin yazılı kitabə haqqında ilk dəfə pirdə olmuş rus şərqşunası N. V. Xanıkov məlumat vermişdir.) Bir tağlı taxta qapı üzərindəki yazının tərcüməsi belədir;-“Allahın adı ilə olan bu məscidi Bahadur şah tikdirmiş və burada iki rükət ziyarət namazı qılınmalıdır”. (camaat tərəfindən danışılan pirdəki qeybə çəkilmiş 40 nəfər müsəlmanın adları kitabənin yazısında göstərilməmişdir). Məscid binası zəlzələdən sonra dəfələrlə təmir-bərpa edilərək əvvəlki vəziyyətinə salınmışdır. Məscid binasının həyəti təxminən 0,4 hektardır. Binanın birinci mərtəbəsindəki otaqlardan birində (pirdə) simvolik müsəlman məzarı vardır. Pirə gələnlər əsasən buradakı yerdən göyərən qara daş sütuna daha çox diqqət yetirirlər. Pir yerindəki həmin məzar çox güman ki, əvvəllər burada xidmət göstərmiş mücövürlərdən birininkidir. Nüs-nüs pirində ziyarətçilər üçün bütün imkanlar yaradılmış, lazım olan avadanlıqlar qoyulmuşdur. Pirin möcüzəvi xüsusiyyəti ondadır ki, bura gələn ruhi xəstələr, üç gün müddətində qara sütun daşın yanında yatmaqla, Allahın qüdrəti ilə pirdəki qeybə çəkilmiş 40 nəfər mömünlərin duası ilə sağalaraq şəfa tapırlar. Pirin möcüzələrindən biri oradakı qədim taxta qapının astanasından içəri (otağa) keçərkən (qapı alçaq olduğundan əyilərək girmək lazım gəlir) natəmiz və bədniyyətli adamları hansısa bir qüvvə tutaraq içəri buraxmır. Nüs-nüs pirinə ilin bütün fəsillərində gəlmək mümkündür. Deyilənlərə görə pirdə qeybə çəkilmiş 40 nəfər mömün müsəlmanların Ruhlarını ağ geyimli paltarlarda, yalnız ilin bircə günündə-Ulus vaxtı (gecə ilə gündüzün bərabərləşdiyi gün, 19-20 mart) görmək olur. Bunun üçün niyyət edib məsciddəki qara sütun daşa kürək nahiyyəsini dayamaqla röyada görmək mümkündür. Hər kimsə həmin anda ağ geyimli qırx nəfərin birindən bir şey alarsa, ömrünün qalmışını xöşbəxt keçirər, Qiyamət günündə sorğusu yüngül olar. Bütün bunlar Yaradanın möcüzələrindəndir. Ona həmd və səlam olsun! Amin!

http://elxan.azersayt.com/blog.html?page=commentstemp4&member=Sirab&newsid=143950

Son xəbərlər