Facebook Pixel Code
GoMap XƏRITƏ
Diri Baba türbəsi
Baxış sayı:
  • Ünvan:
    Diri Baba, Qobustan, AZ3700
Avtobus

Azərbaycanın orta əsrlər dövründə tikilmiş görkəmli türbələr içərisində xüsusi yer tutan türbələrdən birisi də Diri-baba türbəsidir. Bu türbə hər bir zaman buralara gələnlərin nəzərini, diqqətini özünə cəlb etmişdir. Türbə, özünün fövqəladə bir görkəmi və plan quruluşuna görə Azərbaycanın başqa türbələrindən ciddi surətdə fərqlənməsi ilə, hələ XVII-XIX əsrlərdə Azərbaycanda olmuş səyyahların və memarların diqqətini özünə cəlb etmişdir.

1636-cı ilin dekabrın 30-dan 1637-ci il mart ayının 27-nə qədər Şamaxıda olmuş Holştiniya hersoqluğunun elçisi və səyyah Adam Oleari Diri-baba türbəsi haqqında qısa da olsa, lakin dəyərli məlumat verir. O, hətta türbənin qapısı üzərində olan kitabənin oxunmasına cəht belə göstərmişdi, lakin düzgün oxuya bilməmişdi.

XIX əsrin 60-cı illərində Azərbaycanda olan Peterburq Universitetinin şərq fakültəsinin professoru, məşhur şərqşünas B.Dorn burada olarkən həmin türbə ilə maraqlanmışdır, çünki bu abidə istər inşa edildiyi mövqe etibarilə, istərsə də özünün tip xüsusiyyətləri və memarlıq qismlərinin xüsusiyyəti etibarilə nadir təsadüf edilən abidədir.

Bu, qayada qurulmuş nəhəng qartal yuvasına bənzəyən abidə ağ ahəng daşından tikilmişdir və qəribə, qeyri-adi və cazibədar memarlıq gözəlliyi vardır. Türbəyə getmək üçün dərədən keçməli və düz divar kimi yüksəyə dırmaşmaq lazım idi. Memar abidəni yerləşdirmək üçün dərənin kənarındakı qayada süni mağara açmış və abidə onun içində inşa olunmuşdur. Məhz elə buna görə də abidənin yalnız bir fasadı vardır, qalan tərəfləri isə qayanın içərisindədir.

Türbə ikimərtəbəlidir. Alt mərtəbə ikitağlı pəncərə və qapısı olan bir cüt otaqdan ibarətdir. Burada türbə xidmətçisinin yaşadığını ehtimal etmək olar. Abidənin daxili həcminin əsas hissəsi ikinci mərtəbədəki salondur. Salona aşağı otaqdan qalxan pilləkən vasitəsilə daxil olmaq mümkündür. Salona bitişik, artıq mağaranın içərisində yerləşdirilmiş başqa bir otaq da vardır.

Deməli, buradakı otaqlar alt qatındakı kimi yan-yana deyil, iç-içə, arxa-sıra tikildiyindən, onlardan yalnız qənşərdəkinin tağlı, daş şəbəkəli pəncərəsi vardır. İşıq da binaya elə buradan düşür. Salonun tavanı incə, xırda bir günbəzlə bitir, arxa otağın tavanını isə mağaranın təbii qatı təşkil edir.

Son xəbərlər