Facebook Pixel Code
GoMap XƏRITƏ
Pir
Baxış sayı:
  • Ünvan:
    İsmayıllı, AZ3134
Avtobus

Pirəbülqasım piri – İsmayıllının Pirəbülqasım kəndi rayon mərkəzindən 16 km şərqdə İsmayıllı-Basqal şossesindən 3 km cənubda yerləşir. Əhalisi əsasən heyvandarlıqla məşğuldur. Kəndin tarixi çox qədimdir. Bunu kənddəki yüksək keyfiyyətli memarlıq üslubunda tikilmiş səkkiz guşəli (Pir) övliya adlanan tikili də təsdiq edir. Bu tikili bir sıra möcüzələrə malikdir. Birincisi tikilinin necə yüksək ustalıqla hazırlanmasını görmək üçün gərək onu yaxından ziyarət edəsən. İkincisi bu tikilinin üç tərəfinin torpağının sürüşüb getməsinə baxmayaraq Pir öz yerində möhkəm dayanıb. Üçüncüsü Pirin içərisində yuxarısının diametri 10 sm-ə bərabər olan, sonradan isə genişlənən bir quyu vardır ki, bu quyunun dərinliyi heç kimə məlum deyil. Beşincisi rəvayətə görə XVII əsrdə tikilmiş Pirin döşəməsi hamar düzbucaqlı daşlarla döşənmişdir ki, bu daşlarında uçaraq quyuya tökülməməsi möcüzədir. Altıncısı döşəmə iki qatdan ibarətdir. Bu qatlar arasında narın toz halında (el içərisində tütyə adlanan) torpağa oxşar qəribə maddə var ki, buranı ziyarət edən insanlar bundan özləri ilə götürürlər. Yeddincisi Pirin içərisində daşdan səliqə ilə düzəldilmiş üzərində yazılar olan bir qəbir və Pirin öz maketi vardır. Səkkizincisi isə bu tikilinin hansı məqsədlərlə qurulmasının səbəbləri hələ də bilinmir. Pir haqqında məlumatlar yalnız rəvayətlərə əsaslanır. Bu möcüzəli Pirin adı Əbilqasım adlanır ki, kəndin adı da elə buradan götürlmüşdür. Bu övliya çox insanlardan yardım əlinin əsirgəməmişdir. Buranı ziyarət edib Ona müraciət edən insanların əksəriyyətinə kömək olmuş və sağlamlıqlarında problem olanlar isə şəfa tapmışlar. Övliyanın tikilişi o qədər maraqlı, cəlbedici və zəhmlidir ki, ziyarətçidə ona qarşı inam oyadır. Elə bu inamla da insanlar dərdlərinə əlac tapırlar. Qabarıq heksoqonal günbəz - 1655-1656-cı illərdə usta Hacıbaba tərəfindən inşa edilmişdir.

http://www.facebook.com/topic.php?uid=163185497026676&topic=385

Son xəbərlər