Facebook Pixel Code
GoMap XƏRITƏ
Xudu baba türbəsi
Baxış sayı:
  • Ünvan:
    Goranboy, AZ2237
Avtobus

Goranboyun Səfikürd kəndində yerləşən türbə XVII əsrdə hörülüb. Türbə kənd qəbirstanlığında Aran mеmarlıq üslubunda, yəni çay daşı ilə bişmiş kərpicin birlikdə naxış şəklində işlədilməsi ilə hörülmüşdür. Divarın hündürlüyü 2,2 m, bişmiş kərpiclə hörülmüş gümbəzin hündürlüyü 2 m, türbənin ümumi hündürlüyü 4,3 m-dir. Hər tərəfindən еni 95 sm, aralarındakı divar 23 sm, olan üstü ürək formalı üç guşə olmaqla 6 guşəsi, hər iki tərəfində kiçik pəncərələr (50 x 35 sm) var. Qapının hündürlüyü 1 m, еni 50 sm, divarın еni 40 sm, tikintidə istifadə olunmuş kərpiclərin ölçüsü 20 x24x4 sm-dir. Türbənin hörülməsində süd, yumurta və irəmə torpağının qarışığından, içərisinin suvağında isə gəcdən istifadə olunmuşdur. Memarlıq tarixində Gəncə hörgüsü adı ilə tanınan bu tikinti üslubunun əsas xüsusiyyəti çay daşının bişmiş kərpiclə birlikdə müəyyən naxış şəklində işlədilməsidir. Mənbənin bildirdiyinə görə, XVII-XVIII yüzildə Səfikürddə yaşamış Xudu pəhlivanın adı ilə "Xudu baba türbəsi" adlandırılmışdır. Bu tarixə bir az aydınlıq gətirək. XVII yüzilin sonu, XVIII yüzilin önündə Səfikürd kəndində Xudu adlı adam yaşamayıb. Türbəsi tikilən adam pəhlivan Xudu Ocaqqulu oğludur.

http://www.main-board.eu/azerbaycan-tarixi-ve-cografiyasi/332699-xudu-baba-turbesi.html

http://www.anl.az/down/meqale/xalqqazeti/xalqqazeti_mart2009/72220.htm

Son xəbərlər