Facebook Pixel Code
GoMap XƏRITƏ
Pir-Süleyman türbəsi
Baxış sayı:
  • Ünvan:
    Tənənəm kənd yolu, Şərur, AZ6840
Avtobus

Tənənəm piri - Şərur rayonundakı Tənənəm kəndinin şimal-şərq hissəsində “Qazma” mağarasında Dərələyəz silsiləsinin Qaraquş (2.600 m.) dağının şimal-qərbində orta əsrlərin yaşayış məskənləri olmuşdur. Tənənəm kəndi rayon mərkəzindən 24 km, Naxçıvan-Sədərək avtoyolundan isə 9 km-lik məsafədə yerləşir. Ərazidə gur-sulu bulaqlar olduğundan ilk dəfə buraya Zəngəzurun qədim Tənovan yaşayış məskənlərindən Təhov elatları gəlib məskunlaşmışlar. Kəndin adının yaranması isə tayfa başçısı Təhovun adı ilə bağlıdır. Əvvəllər “Təhovan” sonradan isə Tənənəm kimi səslənmişdir. Kənddəki pir yeri sadə formalı daxmadan və üstü yarı-uçuq günbəzdən ibarətdir. Tikilinin içərisində adı olmayan müsəlman məzarı vardır. Pirin yaranması haqqında yalnız ərazidə olmuş tədqiqatçıların yazılarına görə fikir söyləmək olar. 1928-ci ildə Naxçıvan Ölkə Diyarşünaslıq Müzeyinin elmi işçisi M. B. Mirheydərzadə pirdə olarkən yazmışdır ki, -“Asəri ətiqədən Tənənəm kəndində “Piri-müsəlman” adlı qədim bir yer vardır. Lakin həmin ziyarətgah el arasında “Piri-Süleyman” adı ilə adlanmışdır. Pirin yaranması haqqında əraziyə gəlmiş ağsaqqallar deyirlər ki, onlar burada (ərazidə) yalnız iki şeyin səbəbindən qalıb məskunlaşmışlar. Birincisi odur ki, ərazidə bol sulu bulaqla sakitçilik, ikincisi isə üzərində ərəbcə yazı daşı olmuş qəbir (pir) olmasıdır. Əhalinin yaşlı nümayəndələri deyirlər ki, iyirminci illərdə ərazidə rus şura höküməti yarananda el ağsaqqalı Kərbəlayi İsmayılın tapşırığı ilə həmyerlimiz Qəmlonun silahlı adamları pirdə bir neçə gün gizlənmiş, rus qırmızı ordunun əsgərləri ilə atışmışlar. Həmin atışma zamanı ruslar məğlub olmuş, pirdəki qəbirüstü yazılı daş isə güllə yarasından sınıb parçalanmışdır. 90-cı ildə isə pirdəki məzar üstü sınıq daş yoxa çıxmışdır. Tənənəm piri çox güman ki, XVII- XVIII əsrlərdən qalma bir mənəvi tarixi abidədir. Ərazi həmin dövrlərdə “Böyük ipək yolu”nun üstündə olduğundan Sədərək-Axura-Qarabağlar- Naxçıvan istiqamətindəki hərəkət edən ticarət karvanlarının sərin bulaq başında dayanacaq yerləri olmuşdur. Ehtimal olunur ki, Yaxın Şərq ölkələrindən gəlmiş Süleyman adında mürşid və ya karvan sahibi həmin bulaqdakı növbəti dayanacaq yerində qəflətən öldüyündən orada dəfn olunmuşdur. Təbiblərin dediyi kimi, İnsan yay aylarında tərlədikdə, ayaq üstə tələsik sərin su içməklə həyatı (ömrü) ilə vidalaşa bilər. Həmin ehtimala görə pirdə dəfn olunan Süleyman adında naməlum şəxs taleyinin hökmü ilə ömrünü orada başa vurmuş və mərhumun cənazəsini yaxın qəbiristanlığa aparmaq müşkül olduğundan orada dəfn etmişlər Kənddəki camaat səhv olaraq pir sahibinin “Süleyman peyğəmbərin məzarı” olduğunu güman edirlər.

http://elxan.azersayt.com/blog.html?page=commentstemp4&member=Sirab&newsid=143950

Son xəbərlər