Facebook Pixel Code
GoMap XƏRITƏ
Şeyx Babı Yaqubi türbəsi
Baxış sayı:
  • Ünvan:
    Füzuli, AZ1900
Avtobus

Füzuli rayonunun daş yaddaşı Babı kəndində bu günə qədər mövcud olan Şeyx Babı Yaqub Xanəgahı adlanan tikili hesab edilir. Məqbərə Füzuli rayonunun Horadiz dəmiryol stansiyasının altı kilometrliyindəki Babı kəndində yerləşir. Şeyx Babı Yəqubi türbəsinin (1273-1274) memarının Əli Məcidəddin olması güman edilir. Yerli əhali arasında Şıxbaba türbəsi adı ilə tanınmış Şeyx Babı Yaqub Xanəgahı 8 guşəli daş məqbərədir. 1920-ci ilə qədər Babı kəndi Şıxbaba adlandırıldığından əhalinin çoxu da həmin məqbərəyə Şıxbaba türbəsi deyir. Kənddəki bu xənagah vaxtilə Azərbaycanın dini-mədəni mərkəzlərindən biri, zaman-zaman azəri türklərinin igid oğullarının, görkəmli alimlərinin, müqəddəs insanlarının toplaşdığı bir məkan olub. Rəvayətə görə Şeyxin cənazəsi daş qutuda, türbənin cənub pəncərəsi önündə dəfn olunub. Məqbərədəki kitabədəki yazılar ərəb dilində olduğundan tərcüməyə ehtiyac duyulub və Məşədixanım Nemətin tərcüməsi zamanı müəyyən olunub ki, bu müqəddəs məqbərənin zahid, kamil Şeyx Babı Yaqub ibn İsmayıl Qur Xər üçün tikilməsinə 672-ci ildə əmr olunub. Hicri təqvimlə 672-ci il 1273-1274-cü illərə müvafiq gəlir. Kitabədə yazılanlar göstərir ki, xanəgahı XIX əsrin əvvəllərində Kərbəlayi Nasir təmir etdirib. Şeyx Babı Yəqubi türbəsinin (1273-1274) memarının Əli Məcidəddin olması güman edilir Minarələrə bitişik halda tikilmiş məscidin divarlarının qalınlığı minarənin bazasında daha aydın hiss olunur. Xanəgahda müxtəlif təyinatlı hücrələrin olması məqbərənin həm də yadelli düşmənlərə qarşı mübarizədə qala kimi istifadə olunduğunu sübut edir. Həmin hücrələr günümüzdə də öz orijinal quruluşu ilə ölkəmizin başqa maddi-mədəniyyət abidələrindən əsaslı surətdə seçilir. Hücrədəki daşlarla döşənmiş otaqlar göstərir ki, vaxtilə burada yaşayan insanlar yüksək sənətkarlıq qabiliyyətlərinə, mədəni səviyyəyə malik olublar. Ta qədim dövrlərdən müxtəlif ölkələrdən xanəgahı ziyarətə gələrlərmiş. Bu da onu sübut edir ki, xanəgahda dəfn olunan şəxs, yəni Məşədi Babı İbn Yaqub müqəddəs insan olub. Bu gün də respublikamızın müxtəlif bölgələrindən insanlar buraya ziyarətə gəlir, müxtəlif dərdlərə mübtəla olanlar öz dərdlərinə bu xanəgahda ulu Tanrıdan əlac diləyirlər.

http://www.525.az/view.php?lang=az&menu=8&id=7820

http://fuzuli-muzey.com/index/0-4

Son xəbərlər