Facebook Pixel Code
GoMap XƏRITƏ
Aşağı Gövhərağa məscidi
Baxış sayı:
  • Ünvan:
    Gövhər Ağa, Şuşa, AZ5800
Avtobus

Aşağı Gövhərağa məscidinin (tikildikdən sonra bu məscid belə adlandı) baş fasadı xüsusi bədii memarlıq həllinə malikdir. Məscid 1832-ci ildə inşa edilmişdir. Məscidə giriş hissəsi üç tağbəndli geniş eyvanla seçilir. Bütün ciddiliyi ilə simmetriyaya tabe edilən bu üç tağbənd mərkəz nöqtəsindən bərabər məsafədə qoyulmuş bir cüt səkkizbucaqlı daş sütun və kənarlarda yerləşdirilmiş digər iki yarımsütun üzərində quraşdırılmışdır. Mərkəzdə quraşdırılmış oxvari tağbənd yan tərəflərdəki yarımdairə şəkilli tağbəndlərdən nisbətən hündürdür. Hər iki yarımdairə tağbəndin üstündə isə memar yüngül relyefli xətlərlə haşiyələnmiş dördbucaqlı həndəsi fiqurlar işləmişdir. Eyvanın həmin hissəsi hər iki yandan üzəri üfüqi xətlərlə bölünmüş şaquli plyastrlarla məhdudlaşır. Eyvanın sağ və sol tərəflərindəki bir cüt alt-üst pəncərə və onların yan tərəflərindəki taxçalar ümumi şəkildə haşiyələnib. Bu haşiyələrin düzbucaqlı şəkildə olmasına baxmayaraq, pəncərə və taxçaların örtük konstruksiyaları yarımdairə şəklində inşa olunmuşdur. Məscidin damı Şuşanın digər yaşayış binaları kimi dördyamaclı şəkildədir. Memar Aşağı Gövhərağa məscidinin minarələrini arxa fasadın yan tərəflərində ucaltmışdır. Araşdırmalar göstərir ki, minarələr ucaldılan bu yerlər heç də təsadüfi seçilməmişdir. Baş fasad mədrəsə binası ilə məhdudlaşdığı halda, onun arxa tərəfi geniş bir ticarət meydanına baxır. Ona görə də memar binanın daha görümlü və cəlbediciliyini nəzərə alaraq minarələri arxa fasadda ucaltmağı qərara almışdır. Məscidin daxili ilə deyil, bayır tərəfi ilə bilavasitə əlaqəsi olan bu minarələrin kürsülüyü binanın ümumi divar səviyyəsindən azacıq hündürlüyə malik bir məsafəyə qədər təbii əhəngdaşı ilə hörülmüşdür. Sonra isə silindrik şəkilli minarə gövdələri öz çardağına qədər bişmiş kərpiclə inşa olunmuşdur. Memar bu məscid minarələrin gövdəsini bütövlükdə “Allah” sözünün təkrar yazısı ilə bəzəmişdir. Bu sözlər minarə gövdələrinə xüsusi kərpic düzümü ilə çox məharətlə yazılmış və heyrətləndirici qarışıq ornament yaranmışdır. Aşağı Gövhərağa məscidinin əsas giriş qapısı bilavasitə onunla üzbəüz tikilmiş ikimərtəbəli mədrəsənin həyətinə açılır. Mədrəsə həyət tərəfdən bütün fasadı boyu geniş eyvanlarla əhatə olunmuşdur. Birinci mərtəbənin eyvanına düzülmüş sütunlar təbii əhəng daşından səkkizbucaqlı şəklində icra olunmuşdur. Həmin sütunların yuxarısını bir-birilə aypara şəkilli tağbəndlər tamamlayır. Ikinci mərtəbənin eyvanına düzülmüş sütunlar isə təmiz yonulmuş ağac materialından hazırlanmışdır. Sütunlararası məsafələr bütün fəsad boyu taxtadan hazırlanmış məhəccərlə bağlanır.

Istər Yuxarı, istərsə də Aşağı Gövhərağa məscidləri tarixən “Aşağı məscid”, “Yuxarı məscid”, “Böyük məscid” (Yuxarı Gövhərağa məscidi), yaxud da “Cümə məscidləri” kimi adlanmışlar. Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidləri Şuşada cümə məscidi kimi məşhur olublar. Şuşa qalasında Gövhərağanın adını daşıyan iki məscidin tikilməsi eyni məzhəbin fərqli cərəyanlarına mənsub insanlara ibadət üçün şərait yaratmaq məqsədi güdüb. Bu məscidlər arasında məsafə bir-iki yüz metrdir

http://zarintac.blogspot.com/2010/03/azan-ssin-hsrt-qalms-mscid.html

Son xəbərlər