Nizami Gəncəvinin heykəli
Nizami Gəncəvinin heykəli

Ünvan: AZ1021,Baki,Səbail

1949-cu ildə, Nizami adına ədəbiyyat Muzeyinin qarşısındakı bağda qoyulmuşdur.
Heykəltəraş F.Əbdürrəhmanov, arxitektorlar S.Dadaşov, M.Useynov. Şairin 6 metrlik tunc heykəli 9 m hündürlükdə, qırmızı pardaxlanmış labradordan olan səkkizguşəli pyedestalda qoyulmuşdur. Rəssam Q. Xalıqovun eskizləri əsasında heykəltəraş A. Xryunovun yerinə yetirdiyi postamentdəki relyeflər, yeddi tilli yanlar üzrə tunc lövhədən şairin adı ilə yerləşmişdir. Onlar şairin əsərlərindən səhnələrlə təqdim olunmuşlar.


Nizaminin heykəlinin açılması və yanındakı bağın abadlaşdırılması, şairin 800 illiyinə həsr olunmuşdur. 1939 –cu ildə şairə abidə yaradılmasına müsabiqə elan olunmuşdur, bu müsabiqəyə 60 layihə təqdim olunmuşdur. Müsabiqənin yekunlarına görə, birinci mükafatı verməmək qərara alınmışdı və jüri heykəltəraş F.Əbdürrəhmanova layihənin yekun işlənib başa çatdırılmasını tapşırdı. Amma, ikinci dünya müharibəsi ilə əlaqədar olaraq, işlər dayandırıldı və artıq onun başa çatmasından sonra davam etdi.


Nizami Gəncəvi – böyük Azərbaycan şairi və mütəfəkkiri İlyas Yusif oğlunun (1141-1209) təxəllüsüdür. Nizami, gədim Gəncədə sənətkar ailəsində anadan olmuşdur. O, atasını çox erkən itirmişdir və onun təhsili ilə anası məşğul olmuşdur. Nizami tərbiyəsini və ibtidai təhsilini Gəncə mədrəsəsində almışdır. O, öz dövrünün ən təhsilli adamlarından biri olmuşdur. Yaxın Şərq ədəbiyyatını, qədim yunan tarixini, hind fəlsəfəsini, astronomiyanı, təbabəti, coğrafiyanı yaxşı bilirdi. Doğma Azərbaycan dilindən başqa, ərəb və fars dillərini də bilirdi.


Dahi ədəbi söz ustası Nizami, bütün öz həyatını inadkar yaradıcı əməyə sərf etmişdir. O vaxtın bir çox hökmdarları onu öz saray şairi etmək istəyirdilər, amma Nizami onların dəvətini rədd etmişdir və ömrünün son günlərinə qədər sadə xalq arasında, Gəncədə yaşamışdır. Nizami öz yaradıcılıq fəaliyyətinə 1170-ci ildə lirik şerlərlə, hansı ki, öz həyatı boyu yazmışdır, başlamışdır. Amma, Nizamiyə ümumdünya şöhrətini onun 5 poemadan ibarət: "Sirlər xəzinəsi " (1177 –ci ildə yazılmışdır), "Xosrov və Şirin" (1180), "Leyli və Məcnun" (1188), "Yeddi gözəl" (1196), "İskəndərnamə" (1203) - “Xəmsə” əsəri gətirmişdir. Bu poemalar nəinki şairin qələminin yüksək ustalığını, həm də onun etik və fəlsəfi baxışlarını əks etdirmişdir. Şairin qələminə qəsidə, qəzəl, rübai, kitə və fəxriyə formasında yazılmış şeirlərdən ibarət “Divan” (məcmuə) məxsusdur. Nizaminin divanı 20 min beytdən ibarət olmuşdur, ancaq bizim günlərə bəzi hissələri gəlib çatmışdır. Uzun müddət hesab olunurdu ki, şair bütün öz əsərlərini ancaq fars dilində yazmışdır. Yeri gəlmişkən, poemanın iki ən əvvəl saxlanılmış əlyazma mətnləri Tehran universitetinin kitabxanasında ( əlyazma 1318 ilə aiddir) və Təbrizdə (1353 il), üçüncü isə _ Paris milli kitabxanasında saxlanılır. “Xəmsə”nin daha bir məşhur nüsxəsi (1539-43 illər) Britaniya kitabxanasının kolleksiyasına daxildir. Amma, 2003-cü ildə, alimlərin inadkar işlərinin və axtarışlarının nəticəsində, Misirdə Hədiviyyə kitabxanasında, Nizaminin 250 səhifədən ibarət türk dilində divanı tapılmışdır. Bu tarixə qədər, türk dilindəki poetik əsər kimi, digər böyük azərbaycanlı-şair M. Füzulinin qələminə məxsus “Leyli və Məcnun”u hesab olunurdu. Misirdə aşkar edilmiş əlyazma, türk poeziya tarixini 250-300 il daha qədimə aparır, bu da öz növbəsində sübut edir: hələ XIII əsrdə türk-səlcuqların Orta Asiyadan kütləvi miqrasiyasına qədər, Azərbaycanda türk (Azərbaycan) dilində yüksək inkişaf etmiş milli poeziya vardı.


Nizami Gəncəvinin ölməz əsərləri nəinki Azərbaycan, həm də dünya ədəbiyyatına təsir etmişdir. Yaxın Şərqin, Avropanın və Rusiyanın görkəmli alimləri Nizaminin ədəbi irsini illərlə öyrənmişlər və öyrənirlər. Böyük mütəfəkkir Höte demişdir: "Şərqdə hətta yeddi böyük yaradıcı olmasaydı, mən onsuz da qalanların pərəstişkarı olardım". Bu yeddi böyük yaradıcı arasında Nizami Gəncəvi də olmuşdur. Qeyd etmək lazımdır ki, İkinci dünya müharibəsinin ağır vaxtlarında mühasirədə olan Leninqradda Nizaminin yubileyini qeyd etmişlər


 


Baxılıb: 4559


Şərh yaz
Şərhlər və reytinqlər daxil etmək üçün qeydiyyatdan keçin və sistemə daxil olun.