Monumentlər və heykəllər
Şəhidlər xiyabanı
Şəhidlər xiyabanı

Ünvan: AZ5004,Sumqayıt,Sumqayıt,Səməd Vurğun

Şəhidlər xiyabanı - Ağır faciələrə sinə gərmiş, mətinləşmiş Sumqayıtın yüzlərlə şəhid balasının son məkanı, şəhər əhalisinin ziyarətgahına çevrilən “Şəhidlər xiyabanı” Nəsimi adına Mədəniyyət və İstirahət parkının şərq hissəsində yerləşir. Şəhidlər xiyabanı 1988-ci ildə yaradılıb. 20 Yanvar şəhidlərinə həsr edilmiş abidə (1991-ci il) və “Ulduzlar” abidəsi (1999-cu il) sumqayıtlıları tarixi unutmamağa çağırır. Yuxarıda qeyd olunan heykəltəraşlıq nümunələrinin müəllifi, şəhərin baş rəssamı Vaqif Nəzirovdur.


http://www.sumqayit-ih.gov.az/content.php?page=parklar

Baxılıb: 2064


Şərh yaz
Şərhlər və reytinqlər daxil etmək üçün qeydiyyatdan keçin və sistemə daxil olun.