Facebook Pixel Code
GoMap XƏRITƏ
Gülüstan qalası
Baxış sayı:
  • Ünvan:
    Ağdam, AZ0200
Avtobus

XII əsrdə inşa olunmuş və respubilka əhəmiyyətli Gülüstan qalası Murovdağın ətəyində Gülüstan kəndindən 2 kilometr şimalda, dəniz səviyyəsindən 1700 metr hündürlükdə, sıldırım qayalıq üzərində tikilmişdir. Qala Goranboy rayonu ərazisindədir. Tam şəkildə dövrümüzə çatmasa da müəyyən bürcləri qorunmuşdur. Yerli daşlardan tikilən qala möhkəm müdafiə qurğusu olub. Müdafiə xarakterli Gülüstan qalası 3 arakəsmədən ibarətdir. Qala öz formasına görə gəmini xatırladır ki, bu da ərazinin relyefi ilə bağlıdır. Qala divarları boyunca 4 gözətçi məntəqəsi, 12 mazqal (müşahidə gözcüyü) var. Qalanın daxilindəki eniş hissələrdə qar və yağış sularını yığmaq üçün ovdanlar da düzəldilmişdir. Qaladan İncəçaya qədər 200 metr uzunluğunda gizli yol çəkilmişdir. Daimi su ehtiyatı və su kəmərinin olması hər hansı bir qalanın müdafiəsi zamanı böyük əhəmiyyət kəsb edirdi. Çox güman ki, bu gizli yol qalanı su ilə təmin edən kəmər sıradan çıxarılanda yeraltı tunellə çaya enmək və oradan su götürmək üçün tikilmişdir. İçəridəki qalatipli istehkamlardan orta əsr şəhərlərində çox istifadə olunmuşdur. Onlara bəzən “Narın qala” da deyirdilər. Qala içərisində bu cür istehkam tikintisi mövcud olmuşdur. Tarixi mənbələrdə yazılır ki, 1500-cü ilin sonunda Gülüstan qalası yaxınlığındakı döyüşdə Şirvanşah Fərrux Yasarın, 1501-ci ildə isə Naxçıvan yaxınlığındakı Şərur düzündə Ağqoyunlu Əlvənd Mirzənin qoşunlarını məğlubiyyətə uğradan Qızılbaşlar Təbrizə maneəsiz daxil olaraq İsmayılı şah elan ediblər. Beləliklə, Səfəvilər dövlətinin əsası qoyulub. 1813-cü ildə Rusiya və İran dövlətləri arasında Gülüstan sülh müqaviləsi Gülüstan qalasında imzalanmışdır. 1828-ci ildən sonra İran və digər ərazilərdən məqsədyönlü şəkildə Azərbaycana köçürülən və bu ərazidə yerləşdirilən ermənilər öz havadarları ilə bu qalada oturaraq xalqımıza və torpaqlarımıza qarşı çirkin əməlləri davam etdirmişlər. 179 il sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəyə qalxmış vətənpərvər döyüşçülərimiz bu torpaqları düşmənlərdən azad edərək qala üzərində müqəddəs üçrəngli bayrağımızı sancdılar.

http://www.anl.az/down/meqale/xalqqazeti/xalqqazeti_mart2009/72220.htm

http://big.az/forum/index.php?s=7f13f024689140877eaea59d6c880ed6&showtopic=15805&pid=318715&mode=threaded&start=

Son xəbərlər