Facebook Pixel Code
GoMap XƏRITƏ
Gülüstan Sarayı
Baxış sayı:
  • Ünvan:
    BMT-nin 50 illiyi, Bakı, Səbail, AZ1001
  • Telefon:
    (+994 12) 492-03-79 (inzibatçı), (+994 12) 492-39-36 (mühafizə), (+994 12) 492-42-32
  • E-poçt:
Avtobus
Gülüstan sarayının binası, Bakı körfəzinin və şəhər mənzərəsinin ən uğurlu şəkildə müşahidə etməyin mümkün olduğu Bakının dağlıq hissəsində yerləşdirilmişdir. Bu yerdə relyef qərbdən şərqə doğru kəskin düşür. Layihənin müəllifləri planlaşdırma zamanı bundan uğurla istifadə etmişdilər[5]. Mümarşünas Rəna Əfəndizadə belə mürəkkəb relyefdə sarayın tikintisi üçün memarların həcmli qərarını olduqca cəsarətli və doğru olduğunu hesab edirdi. Əfəndizadənin sözlərinə görə, saray "relyefin ümuni strukturunu pozmadan, kənarları boyunca sərilmişdir"[2].Layihənin müəllifləri sarayın arxitekturasında Azərbaycan milli memarlığı üçün ənənəvi vahid motivləri tətbiq etmişdilər: tağ sırası ilə çərçivələnmiş eyvanlar, binanın ümumi fasadına özünəməxüsus görkəm bəxş edirlər. "Sovet memarlarının ən yaxşı əsərləri. 1981 — 1982-ci illər" kitabın müəlliflərinin sözlərinə görə, bu eyvan, "birinci mərtəbənin divarlarının üstündə konsol şəklində asılaraq, yüngüllüyün, eləcə də zərif işıq və kölgə oyunlarının təəssüratını yaradır.Gülüstan sarayı iki mərtəbədən və aşağıda yerləşən əlavə kürsülük mərtəbəsindən ibarətdir. Birinci mərtəbədəki səhnə meydançası ilə təchiz və improvizasiya edilmiş disko klub, stolüstü oyunlar və bilyard üçün nəzərdə tutulmuş otaqlar, 100 yerlik kinozal, 40 yerlik uşaq kafesi, həmçinin 75 və müvafiq olaraq 129 yerdən ibarət barlarda mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılırdı. Birinci mərtəbədə suvenirlərin və müxtəlif milli məmulatların mağazaları, həmçinin geniş qarderoblar yerləşirdi[5].İkinci mərtəbədə yerlən və iki foyedən ibarət olan 960 yerlik zala iki geniş parad nərdivan aparır. Böyük zalın səhnəsi antresol mərtəbəsində yerləşən artist otaqlarınınpandusları ilə əlaqələndirilmişdir. Barların yerləşdiyi nəfis tərtibatlı foyedən 179 yerlik ikiyaruslu şərq restoranına və oturacaqlı 149 yerlik banket zallarına doğru qapılar açılır[5].Sarayın inşaat həcmi 79 424 m³, faydalı sahəsi isə — 8525 m² təşkil edir
Son xəbərlər