Muzey və ev-muzeylər
"Rinay" Dünya Malakofauna Muzeyi
"Rinay" Dünya Malakofauna Muzeyi

Ünvan: AZ1003,Bakı,Səbail,İbrahim Məmmədov,2A
Telefon: (+994 12) 491-21-86, (+994 51) 709-44-04 (проф.Тофик Гараев)
Website: http://www.icom.azeurotel.com
"Rinay" Malakofauna Muzeyi rəsmi olaraq 1989-cu ildə təşkil edilmişdir. Yarandığı gündən o Azərbaycanda ilk şəxsi muzey, profili üzrə isə Avroasiyada yeganə muzey sayılır. Toplunun əsasını SSRİ-nin ilk fəxri neftçisi Karayev Sadıx Kərimbəy oğlu hələ 1932-ci ildən qoymağa başlamışdır. Toplunun sonradan zənginləşdirilməsi və sistemləşdirilməsi işini geologiya mineralogiya elmləri üzrə mütəxəssis, professor Karayev Tofiq Sadıxoğlu həyata keçirməyə başlamışdır.
"Rinay" muzeyinin kolleksiyasında dünyanın müxtəlif okean, dəniz və göllərindən tapılmış 2000-dək molyuska qabığı (pelesipoda, qastropoda) nümunələri təqdim olunur. Sistemləşdirilmiş malakofauna 86 cinsdə nümayiş etdirilir. Toplunun unikallığı onunla səciyyələnir ki, burada müasir dəniz və yerüstü fauna mollyuskalarından başqa eyni zamanda 2000 il bundan öncə Ağcaqıl və Abşeron paleodənizlərində mövcud olan şirin su mollyuska qabıqlarına həsr edilmiş stendlərlə təqdim olunur. Bu toplunun bəzi nümunələri Avstraliya, Argentina, indoneziya milli muzeylərində nümayiş etdirilir.Mollyuska qabığlarına hərs edilmiş geniş elmi materiallara əsasən professor Karayev Tofiq Sadıxoğlu yeni cins Dzejrantçholia və bir neçə digər yeni növ mollyuskalar kəşf etmiş və onların monoqrafik təsviri verilmişdir. Muzey sərgilərində eyni zamanda dəniz ulduzlarının, kirpilərin və tısbağaların nümunələri də nümayiş etdirilir. Muzey ekoloqlar, paleontoloqlar, paleocoğrafiyaçılar üçün böyük maraq və əhəmiyyət kəsb edir.
Baxılıb: 4279


Şərh yaz
Şərhlər və reytinqlər daxil etmək üçün qeydiyyatdan keçin və sistemə daxil olun.