Dövlətçilik tariximizi şərəfləndirən gün...
14.6.2019

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 15 iyun - Milli Qurtuluş Günü münasibətilə “Dövlətçilik tariximizi şərəfləndirən gün” mövzusunda tədbir keçirilib.

Baş İdarədən bildirilib ki, tədbirdə çıxış edənlər tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyunun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün kimi daxil olduğunu qeyd ediblər.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü siyasi hadisə kimi daxil olub. Hazırda Prezident İlham Əliyev Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Bu yolla gedən dövlətimiz inkişaf edir, uğurlar qazanır. Ümummilli Lider vaxtilə müdrikcəsinə deyib: “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz”. Bu inam, bu qətiyyət Milli Qurtuluş Gününün mənası və verdiyi ibrət dərsləridir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir.


azertag.az