"Nokia"dan yeni 5 kameralı smartfon
25.2.2019

Barselonada keçirilən Dünya Mobil Konfransında "Nokia 9 PureView" 5 kameralı smartfonu təqdim olunub.

5 kameradan yalnız ikisi rəngli, digərləri isə birrəngli çəkir. Bütün kameralar eyni vaxtda, lakin fərqli ekspozisiyadan çəkiliş edir, bunun da sayəsində daha yüksək keyfiyyətli, detallı şəkillər alınır. Bütün kameralara f/1.8 diaqramlı 12 meqapiksellik sensor quraşdırılıb

Bundan başqa, smatrfon RAW formatında da fotolar çəkə bilər.

Yeni "Nokia" telefonu "Snapdragon 845" prosessoru, 6 GB-lıq operativ yaddaş və 128 GB-lıq əlavə yaddaşla təchiz olunub.

Smartfonun qiyməti 699 dollardır. Satış martdan başlayacaq.

Dünya Mobil Konfransında, həmçinin "Nokia 1 Plus", "Nokia 4.2", "Nokia 3.2" büdcə smartfonları və "Nokia 210" basmadüyməli telefon təqdim edilib.

trend.az