Möcüzəvi alma sirkəsi - ürəyi sağlam edir, arıqladır, gözəlləşdirir...
27.4.2018

Təbii alma sirkəsi çox qiymətli müalicəvi məhsuldur. Hələ dahi Hippokrat xəstələri alma sirkəsi ilə müalicə edirdi.

Alma sirkəsinin faydalı xüsusiyyətlərini təqdim edirik.

- Alma sirkəsinin çox güclü mikrobəleyhinə xüsusiyyətləri var.

- Bağırsaqlara antiseptik təsir edir, disbakterioz zamanı faydalıdır.

- Damarların sağlamlığını qoruyur, varikoz zamanı kömək edir.

- Qanı duruldur, damarlarda trombların əmələ gəlməsi riskini azaldır.

- Ürəyin fəaliyyətini yaxşılaşdırır, təzyiqi normaya salır.

- Qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir.

- Qanda xolesterinin səviyyəsini aşağı salır və bununla da aterosklerozun riskini azaldır.

- Bağırsaqlarda qurdları öldürür.

- Arıqlamağa kömək edir.

- Sinir sisteminə müsbət təsir edir.

- Orqanizmi toksin və digər ziyanlı maddələrdən təmizləyir.

- Piylərin parçalanmasını sürətləndirərək arıqlamağa kömək edir.

- Kosmetologiyada istifadə olunur - kəpəyi müalicə edir, saçları möhkəmləndirir, tökülməsini azaldır, dərini sızanaqlardan təmizləyir.

Alma sirkəsini çoxlu miqdarda qəbul etmək olmaz. Müxtəlif profilaktik, müalicə məqsədləri ilə və həmçinin arıqlamaq üçün 1 stəkan suya 1 x.q. təbii alma sirkəsi əlavə olunur və səhər yeməkdən 30 dəqiqə əvvəl içilir.

Bəzi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı alma sirkəsinin qəbulu siyanlı ola bilər. Bu səbəbdən istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin.

saglamolun.az