Gələn il Yerin Günəşə ən yaxın və uzaq məsafəsinin vaxtı məlum olub
24.11.2017

Gələn il ərzində Yerin Günəşə ən yaxın məsafəsi yanvarın 3-ü saat 09:36-da baş verəcək.
Bu barədə açıqlamasında AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov bildirib.
Onun sözlərinə görə, həmin vaxt Yer Günəşə ən yaxın nöqtədə olacaq: “Bu məsafə Yerlə Günəş arasındakı orta məsafədən, yəni 149 milyon 600 min km-dən 2,5 milyon km məsafə az olacaq”.
Mütəxəssis onu da qeyd edib ki, Yerin Günəşdən ən uzaq məsafəsi isə iyulun 6-na təsadüf edəcək: “Bu proses saat 20:48-də olacaq. Bu zaman Yer Günəşdən orta məsafədən 2,5 milyon km uzaq olacaq”.

report.az