“Chrome”da internetə girmədən veb-səhifələri açmaq mümkün olacaq
17.3.2017

“Google” tərtibatçıları iOS bazasında çalışan cihazlar üçün “Chrome” mobil brauzerində yeni funksiya təqdim ediblər.

Artıq iOC bazasında çalışan cihazların sahibləri internet şəbəkəsinə qoşulmadan da veb-səhifələri izləyə biləcəklər.

Belə ki, artıq “sonraya saxlanılan oxunma funksiyası” “Chrome” baruzerinin yeni mobil versiyasında əlçatandır. Bu imkandan istifadə etmək üçün “Read Later” (sonra oxumaq) işarəsini basmaq lazımdır. Bununla da istifadəçi həmin səhifəni yaddaşda saxlayaraq sonradan internet olmadan da oxuya biləcək.

Funksiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, yaddaşda təkcə mətn variantı deyil, bütöv səhifə qalır.

Bənzər funksiya bir müddət əvvəl “Android” əməliyyat sistemi ilə işləyən mobil cihazlar üçün nəzərdə tutulmuş “Chrome”da da olub.

lent.az