Dünyanın ən kiçik sensor telefonu təqdim edilib
21.10.2016

Çinin “V-Phone” şirkəti "Vphone S8” telefonunu təqdim edib. İstehsalçı yeni qurğunu dünyada sensor ekranla təchiz edilən ən kiçik telefon kimi qələmə verir.

Telefondan "Android” və ya “iOS” əsasında işləyən böyük smartfon üçün mobil əlavə qismində təxminən “Bluetooth” ilə smartfona qoşulan “ağıllı” saat kimi istifadə etmək, zəng etmək və qəbul etmək, SMS-lərə cavab vermək və s. mümkündür.

Arxa paneldə ürək ritmini ölçən cihazın yerləşdiyi qurğu addımları da saya bilir. Korpusu alüminiumdan düzəldilən “Vphone S8” 1,54 düymlü sensor ekranla təchiz edilib. Qurğunun aparat əsasını “MTK2502” “ağıllı” saatı, 64 meqabaytlıq operativ, 128 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Telefon bir SİM-kart və 850/900/1800/1900 MHs tezliklərində GSM rabitəsi üçün nəzərdə tutulub. Həmçinin “Bluetooth 4.0” və FM-radio dəstəklənir. Akkumulyator tutumu 380 milliamper/saat təşkil edən qurğuda "USB 2.0” və 3,5 millimetrlik “TRS” çıxışı quraşdırılıb. “Vphone S8” telefonunun ölçüsü 46,7 х 37,3 х 9,9 millimetr, çəkisi 30 qram təşkil edir.

Satışa nə vaxt çıxarılacağı barədə məlumat verilmir. Qara və gümüşü rəngdə təklif olunan qurğunun qiyməti 30 dollara bərabərdir.

azertag.az