Alimlər qravitasiya dalğalarının mövcüdluğunu sübut etdilər
12.2.2016

Dalğalar iki “qara dəliyin” toqquşması nəticəsində qeydə alınıb.

LIGO (Laser Interferometric Gravitational Observatory) rəsədxanasının fizikləri ilk dəfə Albert Eynşteynin hələ 1915-ci ildə iddia etdiyi qravitasiya dalğalarını qeydə alıblar.

Alimlər öz ixtiraları barədə bu gün açıqlama veriblər.

Kiçik titrəyişlərlə müşahidə edilən qravitasiya dalğaları Yer kürəsindən 1,3 milyard işıq ili məsafədə yerləşən və Günəşdən 30 dəfə böyük olan iki “qara dəliyin” toqquşması nəticəsində qeydə alınıb.

Məlumata görə, bu dalğaları qeydə almaq üçün iki ədəd, dəyəri 205 milyon dollar olan qəbuledicilərdən istifadə edilib.

Qəbuledicilər həmin dalğaları səs formasında dinləməyə imkan yaradıb.

Oxu.az