Toksinləri zərərsizləşdirən nanobalıq təqdim olunub
28.8.2015

Kaliforniyanın San-Dieqo Universitetinin bir qrup alimi mikrorobotların 3D çap texnologiyasını mayedə hərəkət etmək qabiliyyətinə malik balıq formasında hazırlayıb. Onların ixtirası haqqında hesabat “Advanced Materials” jurnalında təqdim olunub.

Mikrorobotların uzunluğu 120 mikron, qalınlığı isə insan saçının qalınlığından daha az – 30 mikron təşkil edir. Balıqların quyruğunda hidrogen peroksidlə əlaqəyə girərək hərəkət edə bilən platin nanozərrəciklər mövcuddur. Başında isə maqnitlərin köməyi ilə onun hərəkət istiqamətini təyin etmək üçün dəmir oksidinin nanozərrəcikləri yerləşdirilib.

Müəlliflərin sözlərinə görə, nanobalıqlar insanın orqanizmində mövcud olan toksinlərin axtarışı və zərərsizləşdirilməsinə kömək edəcəklər. Alimlər nanobalıqların bu xüsusiyyətlərini nümayiş etdirmək üçün mikrorobotun daxilinə toksinləri neytrallaşdıran nanozərrəciklər yerləşdirərək onu toksinli mayeyə yerləşdiriblər. Toksinin molekulları ilə qarşılıqlı təsir zamanı antidot hissəciklər şəffaf olub və alimlərə işıqlanmanın intensivliyinə əsasən balıqların effektivliyini izləməyə imkan verən qırmızı işıq saçıb.

Hələ ki, alimlər yalnız konsepsiyanın yoxlaması üzrə təcrübələr aparıblar. Onların bildirdiyinə görə, gələcəkdə bu kimi balıqlar qan-damar sistemi üzrə hərəkət edərək insanın orqanizminə dərmanları daşımağa müvəffəq olacaqlar.

Xeberler.az