Facebook sosial şəbəkəsinin mesaj bölməsi olan Messenger vasitəsilə pul transferi etmək artıq mümkündür.
Sosial şəbəkə bir müddət əvvəl bu funksiyanın aktivləşdirilməsi üçün işlərin başladığını elan edib.
ABŞ-dakı bütün Facebook istifadəçiləri artıq Messenger üzərindən ailə üzvlərinə və ya yoldaşlarına pul göndərə bilərlər. Messenger-də "$"(dollar) ikonu istifadə etməklə prosesə başlamaq mümkündür. Miqdar təyin olunduqdan sonra pul transferi əməliyyatı başlayır. Göndərilən pul da bank hesabınaən gec 3 iş gününə qədər oturur.
Qeyd edək ki, bu prosesi həyata keçirə bilmək üçün istifadəçi bank hesabını “Facebook” üzərindən istifadə etməlidir. Funksiya tezliklə sosial şəbəkə istifadə olunan bütün ölkələrdə aktiv olacaq.
Xeberler.az