Ən hündür binada rəsədxana fəaliyyət göstərəcək
22.5.2015

Vyetnamın iri şəhərlərindən biri olan Xoşimində ölkənin ən hündür binası - “Landmark 81” (Orientir) inşa ediləcək.

Hündürlüyü 350 metr olan bina şəhərin mərkəzi hissəsində yerləşən parkın ərazisində, Sayqon çayının sahilində tikiləcək.

Kompleksdə otellər, servis və ticarət mərkəzləri, restoran və barlar, dəbdəbəli mənzil və apartamentlər, həmçinin astronomik rəsədxana fəaliyyət göstərəcək.

Kompleksin tikintisinin 2017-ci ilin sonunda başa çatması planlaşdırılıb.

Publika.az