Yeni rekord: bəyin 102, gəlinin isə 91 yaşı var
27.4.2015

102 yaşlı George Kirby ilə 91 yaşlı Doreen Luckie ailə həyatı qurmağa hazırlaşır.

Cütlük dünyanın ən yaşlı evlənənləri kimi rekordlar kitabına düşəcək. Toy iyun ayında, Georgenin 103-cü yaş günündə baş tutacaq. 25 il münasibətdə olan cütlük nəhayət ki, evlənmək barədə qəti qərar verib.

“Artıq vaxtıdır. Dizi üstdə çöküb evlənək deməmişəm. Çünki çöksəydim ayağa qalxa bilməzdim”, - deyə Doreen jurnalistlərə açıqlamasında bildirib.

Milli.Az