Cazibədar DJ Diana Melison Bakıya gəlir
18.12.2014

Gələn il fevralın 1-də Rusiyanın tanınmış cazibədar DJ-i Diana Melison Bakıda çıxış edəcək. Aqil Məmiyev və Sənan Kazımovun təşkilatçılığı ilə baş tutacaq konsert proqramı əyləncəni sevənlərin sevimli məkanı “OTTO” klubda baş tutacaq.

Qeyd edək ki, Diana Melison bu dəfə surprizləri ilə tamaşaçıları təəccübləndirəcək. Həmin gecə yerli DJ-lərin də çıxışı olacaq. Biletlər artıq satışdadır.

gun.az