İtaliyada yüksəkmərtəbəli qəbiristanlıq tikiləcək
27.11.2014

İtaliyanın Verona şəhərinin meri qəbiristanlıq kimi fəaliyyət göstərəcək yüksəkmərtəbəli binanın inşasına icazə verib.
Boş torpaq yerlərinin azlığı memarları 24 min qəbirlik 33 mərtəbəli bina tikməyə vadar edib.

“The Times” yazır ki, hündürmərtəbəli qəbiristanlıq şəhərin ən yüksək binası olacaq, lakin onun tarixi panoramasını pozmayacaq.
Layihəni “Cielo Infinito” şirkəti reallaşdıracaq.

Gün.Az