Bu restoranda insanlara robotlar xidmət edir
2.9.2014

Çinin Kunşan şəhərində müştərilərə robotların xidmət göstərəcəyi restoran açılıb.

“Robot Restaurant”da qonaqları qarşılayan, masaya ötürən, sifariş götürən, ən əsası da yemək hazırlaya bilən robotlar işləyəcək.

Yeni robotlaşdırılmış işçi heyəti insanlardan iki dəfə ucuz başa gəlir. Robotlar yalnız gün ərzində 2 saat enerji ilə doldurulur.

Hər bir robot öz işini yerinə yetirir. Onlardan bəzisi qonaq qarşılayır, mətbəxdə yemək hazırlayır, bəziləri də qonaqların sifarişlərini qəbul edir.

publika.az