Axtarış
Başqa şəhərlərdə
32 yaşlı Bekki Barrett təvazökarlıq etsə də, Britaniyanın ən güclü qadınıdır. 6 yaşlı Kaylanın anası Bekki 70 kq ağırlığında ştanqı çiyninə alıb asanlıqla oturub-qalxır, 140 kq ağırlığında ştanqı təkanla yerdən "qoparır", 87 kq ağırlığındakı ərini isə bir əllə tutub qaldırır. Redinq şəhərində yaşayan Bekki ev işlərindəki ağır əşyaları qaldıranda da əsla çətinlik çəkmir.Bekki indi Britaniya ağır atletika çempionatına qatılmaq niyyətindədir.2 il əvvəl ağır atletika ilə məşğul olmağa başlamış Bekkinin dediyinə görə, onda irsən fiziki güc var."Bir əllə divanı qaldırır, ya da belimə tros bağlayıb maşınımızı çəkirdim. Ərim Adam fitnes məşqçidir və mənə ağır atletika ilə məşğul olmağı təklif etdi. Bu idman növünü çox sevdim. Ölkə çempionatında qalib gəlmək arzusundayam", - Bekki Barrett deyib.Bekki qeyri-rəsmi nikahda olduğu əri, 34 yaşlı Adam Heylinin rəhbərliyi ilə intensiv məşqlərə başlayıb. Milli.Az
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.