Yeni nəsil təyyarə ilə kosmosa uçmaq çox ucuz başa gələcək VİDEO
31.7.2014

İstehsalına hazırlıq görülən yeni nəsil təyyarə ilə kosmosa gediş-gəliş çox aşağı qiymətə başa gələcək.

“Science & Tech Boeing”, “Masten Space Systems” və “Northrop Grumman”ın birgə fəaliyyətinin məhsulu olan “XS-1” ABŞ ordusunun gələcək potensial kosmik təyyarəsi sayıla bilər. Hələlik dizayn mərhələsində olan təyyarə gələcəyin etibarlı, istifadəsi asan və qiyməti əlverişli hava gəmisidi.

Yeni təyyarənin hazırlanmasına sərf edilən vəsait kosmik gəmini orbitə çıxaran bir raketə çəkilən xərcdən də az olacaq. Pilotsuz təyyarə ilə 10 gündə 10 uçuş reallaşdırmaq nəzərdə tutulur. Təyyarə 1361-2268 kiloqram arasında yük götürə biləcək.

qafqazinfo.az