Çin yuanı dünyanın üçüncü böyük pul vahidi olacaq
22.7.2014

Çin Xalq Universitetinə bağlı Beynəlxalq Valyuta İnstitutu ilə “Bank of Communications”un hazırladığı hesabatda, yuanın beynəlxalqlaşma indeksinin 2013-cü ilin sonunda 1,69-a yüksəldiyi bildirilib.

Yuanın qloballaşmasının sürətlənməsindəki təməl faktorların ölkə sərhədlərindən xaricdə yuan ilə ticarətin və birbaşa sərmayələrin artmasıdır, “Sinxua” agentliyi bildirir.

Keçən il sərhəddən xaric yuan ilə aparılmış ticarətlərin həcminin 4,63 trilyon yuana (təxminən 759 milyard dollar) çatdığı və bir əvvəlki ilə müqayisədə 57,5% artdığı qeyd edilib. Yuan ilə birbaşa sərmayənin cəmi 534 milyard yuan səviyyələrinə çıxdığı və bir əvvəlki ilə müqayisədə 90% yüksəldiyi qeyd edilib.

Hesabatda, yuanın 2020-ci ilə qədər ABŞ dolları və avronun ardından üçüncü böyük pul vahidinə çevriləcəyi bildirilib. Xalq Universiteti və “Bank of Communications” 2012-dən bu yana yuanın qloballaşması ilə əlaqədar birgə şəkildə hesabatlar yayımlayır.

www.oxu.az