Özbək klipində "Qaynana" filminin kadrları - Video
23.4.2014

Özbəkistanın estrada müğənnisi Şaxzoda yeni klipində "Qaynana" filminin kadrlarından istifadə edib.

Sözügedən film 1978-ci ildə Məcid Şamxalovun eyniadlı pyesinin motivləri əsasında çəkilib.

Qeyd edək ki, video "YouTube"a ötən ayın sonunda yerləşdirilib.

Həmin kadrları görmək üçün klipi 1:55-ci saniyədən izləyin.
Video