Baham arxipelaqında, Eksuma adasının yaxınlığındakı İnnosens adası satışa çıxarılıb. Sahəsi 275,72 hektar olan ada arxipelaqın ən böyük özəl adasıdır.
Ümumi
sahəsi 4 min kvadrat metrdən artıq 6 çimərliyi, 4 villası, uçuş-enmə
zolağı olan bu adanın ilkin satış qiyməti 8,5 milyon dollardır. Villalardan birində trenajor zalı, meditasiya otağı, kinozal da var.
Digər villada isə nəhəng hovuz və gözəl panoramaya malik terras var.
Milli.Az