"Cənnət məkan"a alıcı axtarılır - FOTO
16.4.2014

Baham arxipelaqında, Eksuma adasının yaxınlığındakı İnnosens adası satışa çıxarılıb. Sahəsi 275,72 hektar olan ada arxipelaqın ən böyük özəl adasıdır.

Ümumi sahəsi 4 min kvadrat metrdən artıq 6 çimərliyi, 4 villası, uçuş-enmə zolağı olan bu adanın ilkin satış qiyməti 8,5 milyon dollardır. Villalardan birində trenajor zalı, meditasiya otağı, kinozal da var.

Digər villada isə nəhəng hovuz və gözəl panoramaya malik terras var.



Milli.Az