Moskvada Hindistan və Avropanın öndəgedən zərgərlərinin 300-ə yaxın əl
işinin sərgiləndiyi "Hindistan. Dünyanı fəth edən zinət əşyaları"
ekspozisiyası açılıb.
Kreml Muzeyinin 2 sərgi salonunda
Viktoriya və Albert, Britaniya muzeyi və Milli Portret qalereyasından
(London), Barbye-Müller muzeyindən (Ceneva), Əl-Sabah mərkəzindən
(Küveyt), Xəlili mərkəzindən (London), ABŞ muzeylərindən və məşhur
zərgərlik evlərinin xüsusi kolleksiyalarından nadir nümunələr
sərgilənir.
Ziyarətçilərin monqol imperatorlarına məxsus təraşlı zümrüdləri, Böyük
Moğol sülalələrinə məxsus 28 karatlıq nadir brilyantı, qiymətli zinət
qutuları, broşlar, qəlyanlar və hind mədəniyyətinə aid digər əşyaları
görmək imkanı var. Sərgi üçün xüsusi olaraq, Cartier, Chaumet və Van
Cleef & Arpels zərgərlik evləri arxiv nümunələrini təqdim ediblər.
Sərgi dünəndən - aprelin 12-dən ziyarətçilərin üzünə açıqdır. Qiymətli
əşyaların Kremldə nümayişi 4 ay müddətində nəzərdə tutulub. Zinət
əşyalarının əsas hissəsi iyulun 27-dək, bir hissəsi isə avqustun 25-dək
muzeydə olacaq.
ANS PRESS