Qış üçün ən modern çəkmə modelləri
28.12.2013

2014-cü ilin ən çox dəbdə çəkmə modelləri arasında qısa modellər də var. Qısa çəkmələri nə ilə və necə geyinməli? Bu gün qısa çəkmə modellərinin düzgün geyinmə qaydasından danışacağıq.

Qısa çəkmə modellərini qısa şort və ətəklərlə də geyinə bilərsiniz.
Həmçinin uzun ətəklərlə də kombinasiyası uğurlu alınır. Lakin dizaltı ətək modelləri ilə sintezi ürəkaçan görüntünü vermir.
Qısa çəkmələri dar şalvarla da kombinasiya etmək olar. Çəkmə modelinin nəzərə çarpmasını istəyirsinizsə, dar və qısa balaqlı skinny cinslərlə də geyiməyi tövsiyə edirəm.
Uzun və mini paltarla da kombinasiyası uğurlu alınır.
Qısa çəkmələri gündəlik geyimlərə sintez etdiyiniz kimi, hündürdaban qısa çəkmə modellərinin də kokteyl paltarları ilə sintezi trend görüntü ortaya çıxır.

Publika.Az