Facebook Pixel Code
GoMap XƏRITƏ
Qazançı qalası
Baxış sayı:
  • Ünvan:
    Culfa, AZ7219
Avtobus

Culfa rayonunun Qazançı kəndindən şimalında, Əlincəçayın hər iki sahilində e. ə. 3–1-ci minilliyin əvvəllərinə aid tarixi-arxeoloji abidə. Qala e. ə. 3-cü minillikdə ərazilərimizdə geniş məskunlaşmış qədim Kas türklərinin adı ilə bağlıdır. Qala 1985-ci ilin sentyabr ayında bənd tikintisi adı ilə erməni mühəndisləri tərəfindən partladılmışdır. Qalanın solsahil və sağsahil hissəsi bir-birindən sıldırım qayalardan ibarət dərin dərə ilə ayrılır; sağsahil hissəsi hündür konusvarı təpə formasındadır. Məlumatlara görə, təpənin zirvəsində yarımdairəvi bürclərlə möhkəmləndirilmiş qala olmuşdur. Abidənin sol sahili iki hissədən ibarət olub, hər tərəfdən sıldırım qayalarla əhatələnmişdir. Bu hissədə yarımdairəvi bürclərin qalıqları saxlanmışdır. Qala çoxpilləli möhtəşəm müdafiə sistemindən ibarətdir. Sədlərdən bir-birinə keçid yolu var. Müdafiə divarları (eni 2–2,5 m) yonulmuş iri daşlardan yetkin memarlıq üslubunda tikilmişdir. Qazançı qalsı ehtimal ki, e.ə. 2-ci minilliyin əvvəlində Əlincəçay vadisində yaşamış iri tayfa birliyinin mərkəzi olmuşdur. Axtarışlar zamanı Qazançı qalsından tapılmış boz və çəhrayı rəngli gil qab nümunələri, daşdan əmək alətləri, dən daşı və s. Naxçıvan mədəniyyəti üçün səciyyəvidir Qala divarının tikinti texnikası Oğlanqaladakı kimidir. Qazançı qalsından toplanmış yerüstü materiallar dən daşları, boz və çəhrayı rəngli gil qab (küpə, kasa, çölmək tipli qablar və s.) nümunələrindən ibarətdir. Tapıntılar Culfa rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır. Qazançı qalsı “Kitabi-Dədə Qorqud” dastanının baş qəhrəmanı Qazan xanın adı ilə də əlaqələndirilir.

 

Son xəbərlər