Facebook Pixel Code
GoMap XƏRITƏ
Şuşa qalası
Baxış sayı:
  • Ünvan:
    Seyid Şuşinski, Şuşa, AZ5800
Avtobus

Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarlarıdır. Şuşa yaylasının dəniz səviyyəsindən ən hündür yeri 1600, ən alçaq yeri 1300 metrə yaxındır. Bu yüksək dağlıq yaylanın çevrəsi Daşaltı və Xəlfəli çaylarının yataqlarına enən dərin uçurumlarla əhatə edilib. Yaylanın yalnız təbii müdafiə imkanları zəif olan şimal-şərq hissəsində qala divarları tikilməsinə ehtiyac vardı. Beləliklə dövrün strateji tələblərinə uyğun çox uğurlu yer seçilməsi nəticəsində az məsrəflə möhkəm müdafiəsi olan geniş ərazili şəhər (350 hektar) yaratmaq mümkün oldu. Əlçatmaz qaya üzərində ucalan” Şuşa bütün quruluşu ilə qədim Midiyanın eradan əvvəl IX əsrin divar rəsmlərindən bəlli olan şəhər qalalarına bənzəyirdi. Qala uzun müddət ərzində şəhəri xarici müdaxilələrdən qorumuş, uzun müddət alınmazlıq simvolu olmuşdur. Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza yürüşü zamanı qala uzun müddət mühasirədə saxlanılsa da ələ keçirilə bilinməmişdir. Şuşa qalasının əsasının nə zaman qoyulması haqqında dəqiq məlumat yoxdur. Mənbələr sadəcə bu qalanın monqolların Azərbaycana ikinci yürüşü zamanı dağıdıldığı haqqında məlumat verir. Ərazi strateji baxımdan olduqca əlverişlidir. Belə ki, Şəki qalasında olduğu kimi Şuşa qalası da yüksək dağlıq ərazidə yerləşir. Qarabağ xanı Pənahəli xan Bayat qalası və Şahbulaq qalasının əlverişsiz coğrafi mövqeyini nəzərə alaraq 1753-cü ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və Qarabağ xanlığı mərkəzi bura köçürülür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılır. Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qatışığından istifadə edilib. Qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir. Qala yaxınlığında qalanı xarici aləmlə əlaqələndirən yüksək memarlıq keyfiyyətləri olan körpü də inşa edilib ki, bu körpü də Qala körpüsü kimi tanınır. Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza yürüşü zamanı (1795, 1797) qala uzun müddət mühasirədə saxlansa da təslim olmayıb.

http://www.big.az/forum/lofiversion/index.php/t15805.html

http://www.525.az/view.php?lang=az&menu=23&id=16256

 

Son xəbərlər