Facebook Pixel Code
GoMap XƏRITƏ
Rixard Zorgenin xatirə memarlıq kompleksi
Baxış sayı:
  • Ünvan:
    Səməd Vurğun, Bakı, Nəsimi, AZ1022
Avtobus

1981-ci ildə qoyulmuşdur.Heykəltəraş V. Siqal, arxitektor M. Useynov.

Rixard Zorge (4.10.1895 - 7.11.1944) – sovet kəşfiyyatçısı, jurnalist, Sovet İttifaqı Qəhrəmanı. Bakının şəhərətrafında – Sabunçuda, neft texniki Adolf Zorgenin ailəsində anadan olmuşdur. Onun atası Bakıya 1885-ci ildə gəlmişdir və Nobel qardaşlarının firmasında texniki məsləhətçi işləyirdi. 1898 –ci ildə Zorge ailəsi Almaniyaya qayıdır. Orada Rixard Zorge alman ordusuna çağırılır və birinci dünya müharibəsində iştirak edir. Üçüncü dəfə ağır yaralanaraq, Rixard ordudan tərxis olunur. O, Hamburqda universiteti bitirir və dövlət-hüquq elmi üzrə doktor olur. Zorge hələ qospitalda sol sosialistlərlə yaxınlaşır. O, 1919 –cu ildə Almaniya Kommunust partiyasına daxil olur və partiya qəzetinin redaktoru işləyir.

1924-cü ildə Rixard SSRİ-yə köçüb gəlir, müxtəlif sovet müəssisələrində işləyir, 1929-cu ildən isə hərbi kəşfiyyatçı olur. O, Almaniyada, Çində, Yaponiyada fəaliyyət göstərərək çoxlu qiymətli operativ informasiyalar əldə edir. O, müharibədən əvvəlki illərdə Yaponiyada “Ramzay” beynəlmiləl təşkilatı yaradır və ona başçılıq edir. Təşkilatın hesabında – Xalxin-Qolda hazırlanan təxribat haqqında xəbərdarlıq (1939), Almaniya və Yaponiyanını əlaqələri haqqında daim qaynar informasiya. 1941-ci ilin yayında Rixard Zorge sovet komandanlığına Sovet İttifaqına qarşı müharibənin başlanacağı gün, iştirak edən alman diviziyalarının sayı və əməliyyatın planını xəbər verir. Təəssüf ki, onun məlumatları sovet rəhbərliyi tərəfindən nəzərə alınmadı. 15 oktyabr 1941–ci ildə Zorge, Yaponiyanın Sovet İttifaqına hücum etməyəcəyi haqqında Mərkəzə radioqramla məlumat verdi. Üç gündən sonra isə “Ramzay” təşkilatının bütün üzvləri yapon polisi tərəfindən həbs olundu. 1943-cü ilin sentyabrında Zorge ölüm hökmünə məhkum edildi, bir ildən sonra isə edam olundu. Müharibədən sonra, dostları onun cəsədini axtarıb tapdılar və Tokioda Tama qəbiristanlığında şərəflə dəfn etdilər. Edam olunmasından iyirmi il sonra Rixard Zorgeyə Sovet İttifaqı Qəhrəmanı adı verildi. Küçələrə, gəmiyə və məktəbə onun adını verdilər.

 

Son xəbərlər