Facebook Pixel Code
GoMap XƏRITƏ
"Kiçik daş" Qobustan qayaüstü təsvirləri
Baxış sayı:
  • Ünvan:
    Salyan şosesi, Bakı, Qaradağ, AZ1080
Avtobus
"Kiçik daş" Qobustan qayaüstü təsvirləriBakıdan 54 kilometr cənubda - Böyük Qafqaz dağlarının Xəzər dənizinə qovuşan daşlı-kəsəkli ətəklərində yerləşən Qobustan Dövlət Bədii Qoruğunun sahəsi 4000 hektardan artıqdır. “Səma altında muzey”in əsas eksponatları Böyükdaş, Kiçikdaş və Çıngirdağ adlanan ərazilərdəki 4400-ə yaxın qayaüstü rəsmlər - petroqliflərdir. Bugünə kimi qoruq ərazisində 6000-dən artıq qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib. “Kiçik daş” adlanan yerlərdən ibtidai insanın yaratdığı bir çox maraqlı təsvirləri aşkara çıxarılmışdır . Oyma üsulu ilə işlənmiş bu rəsmlərin əksəriyyəti heyvan və insan surətləridir.
Son xəbərlər