Facebook Pixel Code
GoMap XƏRITƏ
Qobustan Milli Tarixi-Bədii Qoruğu
Baxış sayı:
Avtobus
Qobustan Milli Tarixi-Bədii QoruğuQobustan Milli Tarixi-Bədii Qoruğu 1966-ci ildən fəaliyyət göstərir. Qoruğ Bakı şəhərindən 70 km aralıqda yerləşir və Böyük Daş, Kiçikdaş, Cingirdağdakı Yazılı təpə, Şonqar və Şıxqaya dağları zonasını əhatə edir. Qobustan Milli Tarixi-Bədii Qoruğu açıq səma altında muzeydir. Qoruğ Qobustan qayaüstü rəsm abidələrini öyrənir, qeydə alır və qoruyur. Qobustan qayaüstü rəsmləri 1939-cu ildə Cingirdağ dağının yamacında və Yazılı təpənin baş hissəsində aşkar edilmişdir. Qobustan qayaüstü rəsmlərini ilk dəfə kəşf edən Azərbaycan arxeoloqu İshaq Cəfərzadə olmuşdur. Hal-hazırda sayı 1000-dən çox daş və qaya üzərində əks olunan 6000-dən çox təsvir və işarə qeydə alınmışdır. Onlar mövzu və süjet baxımından öz müxtəlifliyi ilə seçilir. Qobustan təsvirləri üçün əsasən qayalar üzərində öndən və yandan barelyefin əksi kimi, silueti qazılmış qədim kişi və qadın şəkilləri səciyyəvidir. Qobustan qaya rəsmlərində vaxtı ilə bu ərazidə yaşamış bütün heyvan növlərinin - öküz, keçi, gur, maral, ceyran, donuz, at, şir, canavar, it və sair təsvirləri vardır. Burada balıq, ilan, kərtənkələ və həşarat şəkilləri qeydə alınmışdır. Heyvan şəkilləri əsasən kontur xətlə verilmişdir. Qobustanın qayaüstü təsvirləri tək mövzu müxtəlifliyi ilə deyil, həmçinin onların kompozisiyalığı ilə də zəngindir. Burada kollektiv əmək, ov, rəqs, biçin, döyüş, ritual və sair səhnələrə rast gəlmək olar. Qobustan qayaüstü rəsmləri üst poleolitdən başlayaraq orta əsrlərə qədərki müxtəlif dövrləri əhatə edir. Qayaüstü rəsmlərlə yanaşı epiqrafik yazılara da rast gəlmək olar. Burada ərəb, fars yazıları, eləcə də bizim eranın I əsrində Roma imperiyasının XII legionu tərəfindən latın hərfləri ilə daş üzərində yazı da aşkar edilmişdir. XX əsrin 60-cı illərindən qoruğun ərazisində arxeoloji qazıntılar aparılır. Qazıntılar nəticəsində 20 ibtidai insan dayanacaqları və mağaralar və 40-a qədər tunc dövrünə aid kurqanlar aşkar edilmişdir. Qoruğun fondunda 105000-dən çox müxtəlif təyinatlı arxeoloji materiallar saxlanılır. Bunlarda ov və əmək alətləri, məişət əşyaları və sair daş dövrünün əmək alətləri əsasən çay daşı, çaxmaq və sümükdən hazırlanmışdır. "Firuz" düşərgəsində aparılan qazıntılar zamanı 11 insan skeleti aşkar edilmişdir.
Son xəbərlər