XIX əsrin 70-ci illərinə qədər Şuşada içməli su problemi olmuşdur. Əhali içməli suyu dağlardan, Daşaltı və Xəlfəli çaylarının sahillərindəki çeşmələrdən tuluqlara doldurub min bir əziyyət hesabına at və eşşəklərlə şəhərə daşıyırdılar. 1873-cü ildə əhalini içməli su ilə təmin etmək üçün Xan qızı Natəvan Sarıbaba dağından Şuşaya su kəməri çəkdirmişdi. Həmin su kəməri saxsı borularla çəkildiyi üçün suyu sərin olurdu.
Nazim Tapdıqoğlu Qarabağın tacı Şuşam